Avropa Liqasının yarımfinalında İtaliya dueli olmayacaq

Avropa Liqasının yarımfinalında İtaliya dueli olmayacaq "Napoli" Ukrayna "Dnepr"inə, "Fiorentina" Avroliqanın son qalibi İspaniya "Sevilya"sına rəqib olub
Futbol
24 Aprel , 2015 15:49
Avropa Liqasının yarımfinalında İtaliya dueli olmayacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşkatma nəticəsində İtaliyanın "Napoli" və "Fiorentina" klublarının yalnız finalda bir-birinə rəqib ola biləcəkləri dəqiqləşib. 

"Napoli" Ukrayna "Dnepr"inə, "Fiorentina" Avroliqanın son qalibi İspaniya "Sevilya"sına rəqib olub. İlk oyunlar mayın 7-də, cavab görüşləri mayın 14-də baş tutacaq. Həlledici oyun isə mayın 27-də Polşanın paytaxtı Varşavadakı Milli stadionda baş tutacaq. Həmin qarşılaşmada nominal meydan sahibi funksiyasını "Napoli" - "Dnepr" oyununun qalibi yerinə yetirəcək. 

Son xəbərlər

Orphus sistemi