Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər - YENİLƏNİB

Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər - YENİLƏNİB Rusiyanın paytaxtı Moskvadakı Aviapark ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqası kubokunun təqdimat mərasimi çərçivəsində Bakıda keçiriləcək final matçının səfirləri - keçmiş hücumçu Vəli Qasımov və Rusiya milli futbol komandasının üzvü, yerli Krılya Sovetov klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov fanatlarla görüş keçiriblər.
Futbol
21 Aprel , 2019 16:35
Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvadakı "Aviapark" ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqası kubokunun təqdimat mərasimi çərçivəsində Bakıda keçiriləcək final matçının səfirləri - keçmiş hücumçu Vəli Qasımov və Rusiya milli futbol komandasının üzvü, yerli "Krılya Sovetov" klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov fanatlarla görüş keçiriblər.

"Report"un Rusiya bürosu xəbər verir ki, ilk öncə azərbaycanlı tələbələrlə görüşən futbolçular onların suallarını cavablandıraraq, maraqlı məqamlara toxunublar. Daha sonra görüş daha geniş formatda futbol azarkeşləri ilə davam etdirilib.

Tədbirdə çıxış edən Vəli Qasımov və Aleksandr Səmədov Bakıda keçiriləcək final oyununun ölkə futbolunun inkişafına təkan verəcəyini və futbola sevginin artacağını qeyd ediblər.

Təqdimat mərasimi Bakıda keçiriləcək final matçının səfirlərinin imza mərasimi və azarkeşlərlə xatirə şəkilləri çəkdirməsi ilə davam edib.

Tədbirin sonu viktorina ilə davam edib. Qalib şəxs 29 may tarixində Bakıda keçiriləcək final oynuna vəsiqə qazanıb.

Nəzərinizə çatdıraq ki, Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib.

İqbal Rüstəmov 


***16:04

Rusiyanın paytaxtı Moskvada Avropa Liqası kubokunun açıq təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirə Bakıda keçiriləcək final matçının səfiri, hazırda "Krılya Sovetov"da çıxış edən Aleksandr Səmədov da qatılıb.

35 yaşlı yarımmüdafiəçi paytaxt komandalarının heyətində dəfələrlə Avroliqa matçlarında iştirak etdiyini, lakin bu kuboku başı üzərinə qaldıra bilmədiyini xatırladıb. O, arzusunu digər klubların gerçəkləşdirəcəklərinə ümidvar olduğunu bildirib:

"Klublarımızın nə zaman Avroliqanın qalibi olacaqlarını bilmirəm. Amma fikrimcə bu, yaxın illərdə baş verəcək. Bir neçə komandamız var ki, potensialları, heyəti və imkanlarına əsasən bu yarışın qalibi olmağa iddia edə bilərlər".

Hələlik Avroliqada yarımfinalçılar məlumdur. Finala vəsiqə uğrunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları müvafiq olaraq, İspaniya "Valensiya"sı və Almaniya "Ayntraxt"ı ilə mübarizə aparacaqlar. Həmin oyunlar mayın 2-də və 9-da ev-səfər prinsipi ilə keçiriləcək. Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Avropa Liqası əvvəllər UEFA Kuboku adlanıb. 1971-ci ildən keçirilməyə başlayan bu yarış 2019-2010 mövsümündən yeni adla təşkil olunur. Turnirin rekordçusu 5 dəfə (2006, 2007, 2014 - 2016) qalib olan İspaniya "Sevilya"sıdır. Rusiya təmsilçilərindən MOİK (2005) və "Zenit" (2008) UEFA Kubokunu qazanıblar. Son qalib isə İspaniya "Atletiko"su olub.

Son xəbərlər

Orphus sistemi