Avropa Liqasının pley-off mərhələsində daha 8 oyun keçiriləcək

Avropa Liqasının pley-off mərhələsində daha 8 oyun keçiriləcək Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin digər qarşılaşmaları keçiriləcək.
Futbol
19 Avqust , 2021 07:45
Avropa Liqasının pley-off mərhələsində daha 8 oyun keçiriləcək

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin digər qarşılaşmaları keçiriləcək.

"Report"un məlumatına görə, üçüncü oyun günündə daha 8 matç baş tutacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Çexiyada "Slaviya" (Praqa) klubunun qonağı olacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" Danimarkada "Randers"lə, "Fənərbağça" isə İstanbulda Finlandiya HİK-i ilə üz-üzə gələcək.

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

21:00. “Omoniya” (Kipr) - “Antverpen” (Belçika)

21:00. “Randers” (Danimarka) - “Qalatasaray” (Türkiyə)

21:00. “Slaviya” (Praqa, Çexiya) - “Legiya” (Varşava, Polşa)

22:00. “Mura” (Sloveniya) - “Şturm” (Avstriya)

22:45. "Fənərbağça" (Türkiyə) - HİK (Finlandiya)

23:00. “Olimpiakos” (Yunanıstan) - “Slovan” (Slovakiya)

23:00. “Reyncers” (Şotlandiya) - “Alaşkert” (Ermənistan)

23:00. “Rapid” (Avstriya) - “Zarya” (Ukrayna)

Son xəbərlər

Orphus sistemi