Avropa Liqasının oyunundan əvvəl azarkeş ölüb

Avropa Liqasının oyunundan əvvəl azarkeş ölüb MOİK fanatı Belqradda ürək tutmasından dünyasını dəyişib
Futbol
13 Fevral , 2018 16:40
Avropa Liqasının oyunundan əvvəl azarkeş ölüb

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın MOİK komandasının azarkeşi Serbiyanın paytaxtı Belqradda "Srvena Zvezda" ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunundan əvvəl dünyasını dəyişib.

"Report"un məlumatına görə, şəxsiyyəti hələlik müəyyənləşməyən fanat ürək tutmasından keçinib.

Hadisənin hər hansı toqquşma ilə əlaqədar olmadığı bildirilir.

Qeyd edək ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək "Srvena Zvezda" - MOİK matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü fevralın 21-də Moskvadakı "MOİK Arena"da olacaq. 

Son xəbərlər

Orphus sistemi