Avropa Liqasının oyunu koronavirus səbəbindən təxirə salındı

Avropa Liqasının oyunu koronavirus səbəbindən təxirə salındı UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.
Futbol
27 Avqust , 2020 19:22
Avropa Liqasının oyunu koronavirus səbəbindən təxirə salındı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.

"Report" xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.

Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar.

UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi