Avropa Liqasının oyunları Almaniyada olacaq - RƏSMİ

Avropa Liqasının oyunları Almaniyada olacaq - RƏSMİ UEFA Avropa Liqasının 1/4 final qarşılaşmalarının keçiriləcəyi ölkə təsdiqlənib.
Futbol
17 İyun , 2020 17:41
Avropa Liqasının oyunları Almaniyada olacaq - RƏSMİ

UEFA Avropa Liqasının 1/4 final qarşılaşmalarının keçiriləcəyi ölkə təsdiqlənib. 

"Report" xəbər verir ki, UEFA İcraiyyə Komitəsi oyunların Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində reallaşacağını bildirib. 

Həmin mərhələnin matçları 10-11 avqustda, ondan əvvəlki 1/8 final oyunları isə 5-6 avqustda olacaq. Yarımfinal qarşılaşmaları 16-17 avqust, final isə avqustun 21-də Almaniyanın Köln şəhərində baş tutacaq. 

Qalib hər mərəhələdə oyunla müəyyənləşəcək və matçlar Bakı vaxtı ilə 20:55 və 23:00-da başlayacaq.

2021-ci il Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi