Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər

Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər Futbol üzrə Avropa Liqasının oyunları 1/4 final mərhələsindən etibarən Almaniyada keçirilə bilər.
Futbol
11 İyun , 2020 09:15
Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər

Futbol üzrə Avropa Liqasının oyunları 1/4 final mərhələsindən etibarən Almaniyada keçirilə bilər. 

"Report" ESPN kanalına istinadən xəbər verir ki, yarış Frankfurtda mini-turnir şəklində olacaq. Şəhərdə lazımı infrastruktur var və 8 komandanın burada yerləşməsi mümkündür. Final oyununun Polşanın Qdansk şəhərində təşkili nəzərdə tutulmuşdu. 

Avropa Liqası 1/8 final mərhələsində dayandırılıb. Demək olar ki, bütün komandalar ilk oyunlarını keçiriblər. Yalnız "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşləri keçirilməyib. 

Qeyd edək ki, Çempionlar Liqası oyunlarının Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. UEFA avrokuboklarla bağlı qərarı iyunun 17-də İcraiyyə Komitəsinin iclasında açıqlayacaq. 

Son xəbərlər

Orphus sistemi