Avropa Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Avropa Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq Dekabrın 10-u gecə saatlarında dünyasını dəyişən İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossinin xatirəsi UEFA Avropa Liqasının oyunlarında anılacaq.
Futbol
575
10 Dekabr , 2020 14:46
Avropa Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Dekabrın 10-u gecə saatlarında dünyasını dəyişən İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossinin xatirəsi UEFA Avropa Liqasının oyunlarında anılacaq.

"Report" xəbər verir ki, turnirin qrup mərhələsinin sonuncu - VI turunda bu gün keçiriləcək 23 qarşılaşma 1 dəqiqəlik sükutla başlayacaq.

64 yaşında vəfat edən keçmiş hücumçunun ölümünə ağciyər xərçəngi səbəb olub.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.

Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi