Avropa Liqasının maliyyələşməsinə daha 60 milyon avro ayrılacaq

Avropa Liqasının maliyyələşməsinə daha 60 milyon avro ayrılacaq Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib
Futbol
10 Dekabr , 2016 09:38
Avropa Liqasının maliyyələşməsinə daha 60 milyon avro ayrılacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının maliyyələşmə xərcləri 60 milyon avro artırılacaq. "Report"un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərindəki iclasında qəbul olunub.

Qurumun prezidenti Aleksander Çeferinin təklifi ilə Avroliqaya Çempionlar Liqasından 50 milyon avro əlavə haqq, habelə, təsnifat mərhələləri üçün 10 milyon avro ayrılacaq.

Qeyd edək ki, bu mövsüm Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edib. Onlardan "Kəpəz"lə "Neftçi" Avroliqanın II təsnifat, "Qarabağ" və "Qəbələ" isə qrup mərhələsinədək irəliləyib. 

Son xəbərlər

Orphus sistemi