Avropa Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyunlarının vaxtı açıqlanıb

Avropa Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyunlarının vaxtı açıqlanıb "İnter"lə "Qəbələ" fərqli saatlarda meydana çıxacaqlar
Futbol
7 İyul , 2017 14:26
Avropa Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyunlarının vaxtı açıqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Avropa Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunlarının başlama saatı açıqlanıb.

“Report”un məlumatına görə, iyulun 12-də “İnter”lə Lüksemburq təmsilçisi “Fola Eş” arasında “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

“Qəbələ” komandasının Polşa “Yagelloniya”sı ilə iyulun 13-nə təyin edilən qarşılaşması isə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qəbələ” rəqibini “Bakcell Arena”da qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi