Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya gələcək ulduz futbolçuların adları açıqlanıb

Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya gələcək ulduz futbolçuların adları açıqlanıb Bakı. 21 fevral. REPORT.AZ/ Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adları açıqlanıb.
Futbol
21 Fevral , 2019 13:45
Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya gələcək ulduz futbolçuların adları açıqlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adları açıqlanıb.

"Report"un AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda Eydur Qudyonssen, Deko, Nihat Kahveci, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzlar Azərbaycan paytaxtına səfər edəcəklər.

Onlar yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanov və digər futbol ulduzları ilə birgə futbol oynayacaqlar. Martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma saat 12:30-da başlanacaq.   

Hər komandada 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avroliqanın finalına həsr olunmuş “İntellektual Kubok”un qalibi İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi