Avropa Liqasının final oyunlarının məkanı məlum oldu

Avropa Liqasının final oyunlarının məkanı məlum oldu UEFA İcraiyyə Komitəsi Avropa Liqasının final oyunlarının məkanlarını açıqlayıb.
Futbol
17 İyul , 2021 00:31
Avropa Liqasının final oyunlarının məkanı məlum oldu

UEFA İcraiyyə Komitəsi Avropa Liqasının final oyunlarının məkanlarını açıqlayıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumu qitə çempionatının təşkilatçılıq hüququndan məhrum etdiyi İrlandiyanın paytaxtı Dublin və İspaniyanın Bilbao şəhərinə klub turnirinin həlledici görüşünü verib.

Qurum hər iki şəhərin səylərinə və beynəlxalq oyunların hazırlıq prosesinə maliyyə yatırımlarına hörmətlə yanaşdığını bildirib. Dublin Avropa Liqasının 2023/2024 mövsümünün final oyununu təşkil edəcək, Bilbao isə Avropa Liqasının 2024/2025 mövsümünün, habelə 2024-cü ildə qadınlar arasında Çempionlar Liqasının həlledici görüşünün təşkilatçısı olacaq.

Son xəbərlər

Orphus sistemi