Avropa Liqasının ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasının ən yaxşı futbolçusu açıqlanıb Pol Poqba komanda yoldaşlarını üstələyib
Futbol
25 Avqust , 2017 17:26
Avropa Liqasının ən yaxşı futbolçusu açıqlanıb

Bakı. 25 avqust. REPORT.AZ/ UEFA ilk dəfə Avropa Liqasının ən yaxşı futbolçusunu müəyyənləşdirib. "Report"un məlumatına görə, ötən mövsümün oyunçusu adına İngiltərə "Mançester Yunayted"inin yarımmüdafiəçisi Pol Poqba layiq görülüb.

O, komanda yoldaşları Henrik Mxitaryanla Zlatan İbrahimoviçi geridə qoyub. Ən yaxşı oyunçular "3-lüy"ünü ötən mövsüm Avroliqada çıxış etmiş 48 klubun baş məşqçisindən, o cümlədən Qurban Qurbanovla ("Qarabağ") Roman Qriqorçukdan ("Qəbələ) ibarət münsflər heyəti, habelə UEFA-ya üzv olan 55 ölkədən idman jurnalisti müəyyənləşdirib. Baş məşqçilər öz oyunçularına səs verə bilməyiblər.

Qeyd edək ki, ötən mövsüm Pol Poqba Avropa Liqasında 15 oyuna 3 qol vurub. Fransalı yarımmüdafiəçi Hollandiya "Ayaks"ı ilə final matçında hesabı açıb.

Son xəbərlər

Orphus sistemi