Avropa Liqasının Bakıda keçiriləcək final matçı üçün könüllülük proqramına qeydiyyat başlayıb

Avropa Liqasının Bakıda keçiriləcək final matçı üçün könüllülük proqramına qeydiyyat başlayıb Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar d könüllü cəlb olunması prosesinə start verilir.
Futbol
14 Dekabr , 2018 13:08
Avropa Liqasının Bakıda keçiriləcək final matçı üçün könüllülük proqramına qeydiyyat başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar d könüllü cəlb olunması prosesinə start verilir.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq. Dekabrın 31-dək davam edəcək qeydiyyat zamanı 1300 könüllünün cəlb olunması nəzərdə tutulub.

Könüllülük proqramı tələbələrlə yanaşı, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. 

Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.Müsabiqədən keçən könüllülər üçün təlimlər fevral ayından etibarən başlayacaq və aprelin sonu – mayın əvvəlinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.

AFFA-nın könüllülər komandasına qoşulmaq və final həyəcanının bir hissəsi olmaq üçün ərizə qəbulunun son tarixi 2019-cı il yanvarın 31-dir. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.Qeydiyyatla bağlı sualları olan şəxslər [email protected] email ünvanına göndərə bilərlər. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi