Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçirilib - YENİLƏNİB

Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçirilib - YENİLƏNİB "Atletiko" "Kopenhagen"i səfərdə darmadağın edib
Futbol
16 Fevral , 2018 02:14
Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçirilib - YENİLƏNİB

Bakı. 16 fevral. REPORT.AZ/ Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, Qazaxıstanın "Astana" futbol komandası Portuqaliyanın "Sportinq" komandasını qəbul edib. Qarşılaşma Portuqaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olmuş İspaniya "Atletiko"su isə Azərbaycan təmsilçisinin bu turnirin "pley-off"unda mübarizədən kənarlaşdırdığı "Kopenhagen"i səfərdə darmadağın edib. 

Avropa Liqası

1/16 final, ilk oyunlar

16 fevral

00:05. "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) - 1:0

Qollar: Arlem-Eddi Nyoere, 29

00:05. "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya) - 1:0

Qol: Kallum MakQregor, 78


00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya) - 1:1

Qollar: Leandre Tavamba, 58 - Radim Rjeznik, 81


00:05. AEK (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Astrit Aydareviç, 80 - Viktor Tsanqov, 19


00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya) - 3:1

Qollar: Tanquey Ndombele, 46. Nabil Fekir, 49. Memfis Depay, 82 - Pablo Fornals, 63


00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya) - 1:4

Qollar: Viktor Fişer, 15 - Saul, 21. Kevin Qameyro, 37. Antuan Qrizmann, 71. Vitolo, 77


00:05. "Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 1:3

Qollar: Adam Unas, 52 - Timo Verner, 61.90+3. Armindo Bruma, 74

15 fevral

20:00. "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) - 1:3

Qollar: Marin Tomasov, 7 - Brunu Fernandeş, 48. Gelson Martins, 50. Seydu Dumbiya, 56


22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) - 3:0

Qollar: Valeri Jermen, 4; 69. Florian Toven, 74


22:00. "Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) - 0:3

Qollar: Naço Monreal, 13. Henrix Mxitaryan, 24. Mesut Özil, 58


22:00. "Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:3

Qollar: Mario Balotelli, 4; 28 (penalti) - Manuel Fernandes, 45 (Penalti); 69; 77


22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) - 0:3

Qollar: Patrik Kurtun, 45. Rikardo Rodriges, 64 (penalti), Fabio Borino, 90


22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) - 3:2

Qollar: Andre Şürrle, 30. Mişi Batşuayi, 64; 90 - Yosip İiçiç, 51; 56


22:00. "Real Soseydad" (İspaniya) - "Zalsburq" (Avstriya) - 2:2

Qollar: Alvaro Odriozola, 57. Adnan Yanuzay, 80 - Mikel Orayzabal, 27 (avtoqol), Takumi Minamino, 90+4


22:00. "Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) - 1:3

Qollar: Luis Adriano, 61 - Arits Adurits, 22; 39. Mikel Riko, 45

14 fevral
"Partizan" (Serbiya) - MOİK (Moskva, Rusiya) - 0:0

Qeyd edək ki, cavab görüşləri 21-22 fevralda keçiriləcək.


***00:42

Rusiyanın "Spartak" futbol komandası Avropa Liqasının 1/16 final mərhələsinin matçında İspaniyanın "Ateltiko" komandasına 1:3 hesabı ilə məğlub olub.

"Report" xəbər verir ki, "Atletiko"nun heyətində Ariç Aduris dubl edib. Daha bir qolu isə yarımmüdafiəçi Mikel Riko aktivinə yazdırıb.

"Spartak"ın heyətində hücumçu Luis Adriano fərqlənib.

Cavab görüşü fevralın 22-də Bilbaoda keçiriləcək. İki matça görə qalib gələn komanda Avropa Liqasının 1/8 finalına çıxacaq.

Son xəbərlər

Orphus sistemi