Avropa Liqasında təxirə salınmış oyunların vaxtı bilindi

Avropa Liqasında təxirə salınmış oyunların vaxtı bilindi UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan və təxirə salınan qarşılaşmaların yeni tarixini açıqlayıb.
Futbol
264
1 Sentyabr , 2020 12:35
Avropa Liqasında təxirə salınmış oyunların vaxtı bilindi

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin təxirə salınmış qarşılaşmalarının yeni tarixini açıqlayıb. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) matçı 9 sentyabra təyin edilib. “Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) görüşü isə bir gün sonraya salınıb. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA hər iki qarşılaşmanı futbolçuların koronavirusa yoluxmaları səbəbindən təxirə salmışdı. 

Son xəbərlər

Orphus sistemi