Avropa Liqasında penalti sayına görə yeni rekord qeydə alındı

Avropa Liqasında penalti sayına görə yeni rekord qeydə alındı UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda yeni rekord qeydə alınıb.
Futbol
766
30 Oktyabr , 2020 10:44
Avropa Liqasında penalti sayına görə yeni rekord qeydə alındı

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda yeni rekord qeydə alınıb.

"Report" xəbər verir ki, 24 oyunda ümumilikdə 15 penalti təyin olunub. Bu, turnirin yeni rekordudur.

Ən çox penalti Avstriya "Volfsberq"inin Niderlandda "Feyenoord"u 1:4 hesabı ilə məğlub etdiyi görüşdə qeydə alınıb. Avstriya təmsilçisi 3 penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, daha əvvəl bir gün ərzində baş tutan qarşılaşmalarda 10 penalti (penalti seriyası nəzərə alınmadan) vurulub.

Son xəbərlər

Orphus sistemi