​Avropa Liqasında "Maribor" - "Qəbələ" matçının başlama saatı müəyyənləşib

​Avropa Liqasında "Maribor" - "Qəbələ" matçının başlama saatı müəyyənləşib Görüş Maribor şəhərindəki 12 700 tamaşaçı tutumuna malik "Lyudski vrt" stadionunda baş tutacaq
Futbol
11 Avqust , 2016 13:35
​Avropa Liqasında Maribor - Qəbələ matçının başlama saatı müəyyənləşib

Bakı. 11 avqust. REPORT.AZ/ "Qəbələ"nin Sloveniyada "Maribor"la keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün başlama saatı müəyyənləşib. 

"Report"un rəqib klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 21:15-də çalınacaq.

Görüş Maribor şəhərindəki 12 700 tamaşaçı tutumuna malik "Lyudski vrt" stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk görüş avqustun 18-də Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi