Avropa Liqasında ilkin mərhələnin püşkü atılıb

Avropa Liqasında ilkin mərhələnin püşkü atılıb Bakı. 12 iyun. REPORT.AZ/ 2018/2019 mövsümü üçün futbol üzrə Avropa Liqasında ilkin mərhələnin püşkü atılıb.
Futbol
12 İyun , 2018 15:14
Avropa Liqasında ilkin mərhələnin püşkü atılıb

Bakı. 12 iyun. REPORT.AZ/ 2018/2019 mövsümü üçün futbol üzrə Avropa Liqasında ilkin mərhələnin püşkü atılıb.

“Report” xəbər verir ki, püşk nəticəsində 14 komanda 7 cütlüyə bölünüb. 

Avropa Liqası

İlkin mərhələ

“Avropa” (Cəbəllütariq) - “Priştina” (Kosovo)

“Sent Culia” (Andorra) - “Qzira Yunayted” (Malta)

“Enqordan” (Andorra) - “Folqore” (San-Marino)

“B36 Torshavn” (Farer adaları) - “Sent-Jozef” (Cəbəllütariq)

“Birkirkara” (Malta) - “Klaksvik” (Farer adaları)

“Tre Fiori” (San-Marino) - “Bala Taun” (Uels) 

“Kevn Druids” (Uels) - “Trakay” (Litva)

Qeyd edək ki, ilk matçlar iyunun 28-də, cavab görüşləri isə iyulun 5-də olacaq. Adları birinci yazılan komandalar ilk oyunu evdə keçirəcəklər. Qaliblər I təsnifat mərhələsində Azərbaycan təmsilçiləri - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri olacaqlar. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. 

Son xəbərlər

Orphus sistemi