Avropa Liqasında II təsnifat mərhələsinin cütlükləri bilindi

Avropa Liqasında II təsnifat mərhələsinin cütlükləri bilindi Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Futbol
31 Avqust , 2020 16:17
Avropa Liqasında II təsnifat mərhələsinin cütlükləri bilindi

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, püşkatma nəticəsində bu raundda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

"Neftçi" II təsnifat mərhələsində evdə Türkiyə "Qalatasaray"ı ilə qarşılaşacaq. "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış Şimali Makedoniya "Şkendiya"sı Rumıniya "Botoşani"sinə, "Keşlə"ni üstələmiş Albaniya "Laçi"si isə İsrailin “Hapoel” (Beer-Şeva) komandasına rəqib olub. 

Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan 10 komandadan ikisi - “Tirana” (Albaniya) və “Lüdoqorets” (Bolqarıstan) III təsnifat mərhələsindən azad olunub. Püşk sözügedən komandaları birbaşa turnirin pley-offuna yüksəldib.

UEFA Avropa Liqası

II təsnifat mərhələsinin cütlükləri

“Hammarbü” (İsveç) - “Lex” (Polşa)

“Makkabi” (Hayfa, İsrail) / “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi - “Kayrat” (Qazaxıstan)

B-36 (Farer adaları) - TNS (Uels)

“Topola” (Serbiya) - “Styaua” (Rumıniya)

“Proqress” (Lüksemburq) - “Villem” (Niderland)

“Sfantul George” (Moldova) - “Partizan” (Serbiya)

“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Tottenhem” (İngiltərə)

“Honved” (Macarıstan) - “Malmö” (İsveç)

“Linkoln” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya)

“Renova” (Şimali Makedoniya) - “Hayduk” (Split, Xorvatiya)

“Dunayska Streda” (Slovakiya) - “Yablonets” (Çexiya)

“Şemrok Rovers” (İrlandiya) - “Milan” (İtaliya)

“Kaysar” (Qazaxıstan) - APOEL (Kipr)

“Lokomotivi” (Gürcüstan) - “Dinamo” (Moskva, Rusiya)

“Kolreyn” (Şimali İrlandiya) - “Motervell” (Şotlandiya)

“Teuta” (Albaniya) - “Qranada” (İspaniya)

“Vikinq” (Norveç) - “Aberdin” (Şotlandiya)

MOİK (Sofiya, Bolqarıstan) - BATE (Belarus)

“Laçi” (Albaniya) - “Hapoel” (Beer-Şeva, İsrail)

“Ventspils” (Latviya) - “Rusenborq” (Norveç)

“Servett” (İsveçrə) - “Reyms” (Fransa)

“Olimpiya” (Lyublyana, Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)

“Pyast” (Polşa) - “Hartberq” (Avstriya)

“Hibernians” (Malta) - “Fehervar” (Macarıstan)

“Nomme Kalyu” (Estoniya) / "Mura" (Sloveniya) cütünün qalibi - “Orxus” (Danimarka)

“NEFTÇİ” (AZƏRBAYCAN) - “Qalatasaray” (Türkiyə)

“Höteborq” (İsveç) - “Kopenhagen” (Danimarka)

OFİ (Yunanıstan) - “Apollon” (Kipr)

“Bala Taun” (Uels) - “Standard” (Belçika)

“Botoşani” (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya)

“Aris” (Yunanıstan) - “Kolos” (Ukrayna)

“Riteryay” (Litva) - “Slovan” (Liberets, Çexiya)

“Borats” (Bosniya və Herseqovina) - “Riu Ave” (Portuqaliya)

“Kukesi” (Albaniya) - “Volfsburq” (Almaniya)

“Osiyek” (Xorvatiya) - “Bazel” (İsveçrə)

“Budyo Qlimt” (Norveç) - “Jalgiris” (Vilnüs, Litva)

“İnter” (Andorra) – “Dandalk” (İrlandiya)

“Kuopio” (Finlandiya) - “Slovan” (Slovakiya)

“Linfild” (Şimali İrlandiya) - “Floriana” (Malta)

“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino)

“Yurqorden” (İsveç) - “Europa” (Cəbəllütariq)

“Flora” (Estoniya) - “Reykyavik” (İslandiya)

“Sileks” (Şimali Makedoniya) – “Drita” (Kosovo)

“Astana” (Qazaxıstan) - “Buduçnost” (Monteneqro)

“Ararat-Armeniya” (Ermənistan) - “Fola” (Lüksemburq)

“Konnah” (Uels) - “Dinamo” (Tbilisi, Gürcüstan)

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi