​Avropa Liqasında "İnter" və "Neftçi" klublarının cavab görüşlərinin başlama saatı açıqlanıb

​Avropa Liqasında "İnter" və "Neftçi" klublarının cavab görüşlərinin başlama saatı açıqlanıb Əvvəl "Neftçi", sonra isə "İnter" meydana çıxacaq
Futbol
30 İyun , 2015 12:44
​Avropa Liqasında İnter və Neftçi klublarının cavab görüşlərinin başlama saatı açıqlanıb

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın "Neftçi" və "İnter" klublarının futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsindəki cavab görüşlərinin başlama saatları açıqlanıb. "Report"un məlumatına görə, hər iki klub iyulun 9-da müxtəlif saatlarda meydana çıxacaq.

Çernoqoriyada keçiriləcək "Mladost" - "Neftçi" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüş Podqoritsada yerləşən "Qradski" stadionunda baş tutacaq.

Paytaxtda keçiriləcək "İnter" - "Laçi" (Albaniya) oyunu isə 21:00-da start götürəcək. Qarşılaşma "İnter Arena"da keçiriləcək.

"Qəbələ"nin doğma azarkeşlər önündə "Dinamo" (Tbilisi) ilə cavab görüşünün başlama saatı isə hələ müəyyənləşməyib.

9 iyul, cavab görüşləri

20:00. "Mladost" (Çernoqoriya, Podqoritsa) - "Neftçi" (Azərbaycan, Bakı)

Podqoritsa. "Qradski" stadionu

21:00. "İnter" (Azərbaycan, Bakı) - "Laçi" (Albaniya)

Bakı. "İnter Arena"

Son xəbərlər

Orphus sistemi