Avropa Liqasında həftənin futbolçusu bəlli oldu

Avropa Liqasında həftənin futbolçusu bəlli oldu Bu ada İspaniyanın "Vilyarreal" klubunun yarımmüdafiəçisi Etyen Kapu layiq görülüb
Futbol
27 May , 2021 17:21
Avropa Liqasında həftənin futbolçusu bəlli oldu
Etyen Kapu

UEFA Avropa Liqasında final oyunundan sonra həftənin futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İspaniyanın "Vilyarreal" klubunun yarımmüdafiəçisi Etyen Kapu layiq görülüb.

Fransalı oyunçunun İngiltərənin "Mançester Yunayted" komandası ilə həlledici matçda ötürmə dəqiqliyi 81 faiz təşkil edib.

Qeyd edək ki, Polşanın Qdansk şəhərində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Vilyarreal" "Mançester Yunayted"ə 11:10 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi