Avropa Liqasında həftənin futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin futbolçusu açıqlanıb UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
19 Aprel , 2019 18:23
Avropa Liqasında həftənin futbolçusu açıqlanıb

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un məlumatına görə, bu ada İngiltərə "Çelsi"sinin futbolçusu Pedro Rodriqes layiq görülüb. 

32 yaşlı hücumçu 1/4 final mərhələsinin cavab oyununda evdə Çexiya "Slaviya"sını 4:3 hesabı (ilk oyun 1:0) ilə məğlub etdikləri oyunda 2 qol vurub.

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” duelləri olacaq. 

Son xəbərlər

Orphus sistemi