Avropa Liqasında ən az qol vuran komandanın baş məşqçisi qovulub

Avropa Liqasında ən az qol vuran komandanın baş məşqçisi qovulub Bakı. 18 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının 2018/2019 mövsümündə qrup mərhələsində ən az qol vuran iki komandadan biri olan Belçika “Anderlext”inin baş məşqçisi Heyn Vanhazebruk istefaya göndərilib.
Futbol
18 Dekabr , 2018 12:49
Avropa Liqasında ən az qol vuran komandanın baş məşqçisi qovulub

Bakı. 18 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının 2018/2019 mövsümündə qrup mərhələsində ən az qol vuran iki komandadan biri olan Belçika “Anderlext”inin baş məşqçisi Heyn Vanhazebruk istefaya göndərilib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis uğursuz nəticələlər səbəbi ilə postundan uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq Kərim Belhosinə həvalə olunub.

“Anderlext” Avropa Liqasında yer aldığı D qrupunda 3 xalla sonuncu yeri tutub. Komanda keçirdiyi 6 oyunda cəmi 2 qol vurub. Belçikalılar evdə Türkiyənin “Fənərbağça” kollektivi ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə fərqləniblər.

Belçika Kubokunda da mübarizəni dayandıran “Anderlext”, ölkə çempionatında 31 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsində ən az qol vuran digər komanda “Qarabağ”dır.

Son xəbərlər

Orphus sistemi