Avropa Liqasında cavab matçlarına start verilir

Avropa Liqasında cavab matçlarına start verilir Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
Futbol
10 Avqust , 2021 08:00
Avropa Liqasında cavab matçlarına start verilir

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.

Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Omoniya" Estoniyada "Flora"nın qonağı olacaq. Digər oyunda isə "Slovan" Slovakiyada Cəbəllütariqin "Linkoln" komandasını sınağa çəkəcək. Bratislava təmsilçisi birinci görüşdə 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu avqustun 12-də keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" Finlandiyada HİK (Helsinki) klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib - 2:2.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

10 avqust

20:00. "Flora" (Estoniya) - "Omoniya" (Kipr)

İlk oyun - 0:1

22:30. “Slovan” (Bratislava, Slovakiya) - “Linkoln” (Cəbəllütariq)

İlk oyun - 3:1

Son xəbərlər

Orphus sistemi