Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşir

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşir Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq
Futbol
128
25 Fevral , 2021 08:00
Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bununla da 1/8 finala son 15 vəsiqənin sahibi müəyyənləşəcək.

Oyunlardan yeddisi Bakı vaxtı ilə saat 21:55-də, səkkizi isə saat 24:00-da start götürəcək.

"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniya "Vilyarreal"ı Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi "Zaltsburq"la bu dəfə doğma meydanda üz-üzə gələcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandası isə Ukraynada "Şaxtyor"la münasibətlərinə aydınlıq gətirəcək. Təl-Əviv təmsilçisi ilk görüşdə Donetsk klubuna uduzub - 0:2.

İlk qarşılaşmada heç-heçəyə razılaşan İngiltərənin "Arsenal" və Portuqaliyanın "Benfika" klubları pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirəcək. Həmçinin İtaliya "Milan"ı evdə Serbiyanın "Srvena Zvezda", İngiltərə "Mançeter Yunayted"i isə İspaniyanın "Real Sosyedad" komandasını sınağa çəkəcək.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa)

İlk oyun - 2:1

21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail)

İlk oyun - 2:0

21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya)

İlk oyun - 0:2

21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç)

İlk oyun - 3:3

21:55. “Vilyarreal” (İspaniya) - "Zaltsburq” (Avstriya)

İlk oyun - 2:0

21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika)

İlk oyun - 4:3

21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya)

İlk oyun - 1:1

24:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun - 1:1

24:00. PSV (Niderland) - “Olimpiakos (Yunanıstan)

İlk oyun - 2:4

24:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun - 3:4

24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya)

İlk oyun - 3:2

24:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya)

İlk oyun - 2:0

24:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya)

İlk oyun - 0:0

24:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya)

İlk oyun - 2:2

24:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya)

İlk oyun - 4:0

Qeyd edək ki, 1/8 finalın ilk iştirakçısı artıq bəllidir. Ötən gün İngiltərədə Avstriyanın "Volfsberq" komandasını 4:0 hesabı ilə məğlub edən "Tottenhem" iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti raunda yazdırıb.

Son xəbərlər

Orphus sistemi