Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.
Portuqaliya "Portu"su eyniadlı şəhərdəki "Draqau" stadionunda Fransa "Lion"unu, İspaniya "Betis"i isə Sevilyadakı "Benito Vilyamarin" arenasında Almaniya "Ayntraxt"ını qəbul edib. Hər iki qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final
İlk oyunlar
9 mart
21:45. "Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2
Qollar: Nabil Fekir, 30 - Filip Kostiç, 14. Daiti Kamada, 32
21:45. "Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1
Qol: Lukas Paketa, 59
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.