UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, beləliklə 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
Son olaraq, İspaniyanın "Vilyarreal", İngiltərənin "Mançester Yunayted", Niderlandın "Ayaks" və Çexiyanın "Slaviya" (Praqa) komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
24:00. "Reyncers" (Şotlandiya) - "Slaviya" Praqa (Çexiya) - 0:2
Qol: Piter Olayinka, 14, Nikolae Stançu, 74
İlk oyun - 1:1
Qırmızı vərəqə: Kemar Ruf, 62, Leon Balaqun, 73 (hər ikisi "Reyncers")
24:00. "Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
Qol: Pol Poqba, 49
İlk oyun - 1:1
24:00. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Jerar Moreno, 13, 36
İlk oyun - 2:0
24:00. "Yanq Boyz" (İsveçrə) - "Ayaks" (Niderland) - 0:2
Qollar: David Neres, 21, Duşan Tadiç, 49 (penalti)
İlk oyun - 0:3
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", İspaniyanın "Qranada", İtaliyanın "Roma" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubları 1/4 finala adlayıblar.