Avropa Liqası: UEFA "Qarabağ"ın futbolçusunu seçdi

Avropa Liqası: UEFA "Qarabağ"ın futbolçusunu seçdi UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb.
Futbol
5501
28 Dekabr , 2020 14:10
Avropa Liqası: UEFA Qarabağın futbolçusunu seçdi

UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb.

"Report" yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, onların arasında "Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın dəqiq zərbəsi də yer alıb.

23 yaşlı qanalı hücumçunun II turda İspaniya "Vilyarreal"ı ilə matçdakı qolu ən yaxşılardan hesab edilib.

Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçirilmiş qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan çempionu I qrupunu 1 xalla 4-cü pillədə bitirib.

Son xəbərlər

Orphus sistemi