Avropa Liqası: "Sevilya" əzmkar qələbə ilə finala yüksəldi

Avropa Liqası: "Sevilya" əzmkar qələbə ilə finala yüksəldi UEFA Avropa Liqasında ilk finalçı müəyyənləşib.
Futbol
1106
17 Avqust , 2020 00:55
Avropa Liqası: Sevilya əzmkar qələbə ilə finala yüksəldi

UEFA Avropa Liqasında ilk finalçı müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, İspaniyanın "Sevilya" komandasıdır. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"i üzərində əzmkar qələbə qazanıb - 2:1. 

Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş dəqiq penalti zərbəsi ilə açıb. Lakin 26-cı dəqiqədə Suso, 78-ci dəqiqədə isə Lük de Yonq fərqlənib. Nəticədə "Sevilya" tarixində 6-cı dəfə finala yüksəlib. 

Digər finalçı isə avqustun 17-də Almaniyanın Düsseldorf şəhərində İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında keçiriləcək yarımfinal görüşünün qalibi olacaq. 

Qeyd edək ki, "Sevilya" bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb. 

Orphus sistemi