Avropa Liqası: "Sevilya" böyük hesabla qalib gəlib, "Qarabağ" 2-ci pillənin şəriksiz sahibi olub - VİDEO

Avropa Liqası: "Sevilya" böyük hesabla qalib gəlib, "Qarabağ" 2-ci pillənin şəriksiz sahibi olub - VİDEO UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Futbol
323
25 Oktyabr , 2019 00:54
Avropa Liqası: Sevilya böyük hesabla qalib gəlib, Qarabağ 2-ci pillənin şəriksiz sahibi olub - VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Kipr APOEL-i ilə 2:2 hesablı heç-heçə edərək, xallarını 4-ə çatdırıb.

A qrupunun digər matçında "Sevilya" İspaniyada Lüksemburq "Düdelanj"ına 3:0 hesabı ilə qalib gələrək, 9 xalla liderliyini möhkəmlədib. Azərbaycan təmsilçisi isə 4 xalla 2-ci pillənin şəriksiz sahibinə çevrilib.

Türkiyə klubları bu tur öz oyunlarını doğma meydanda keçiriblər. "Trabzonspor" Rusiya "Krasnodar"ına 0:2, "Beşiktaş" Portuqaliya "Braqa"sına 1:2 hesabı ilə uduzub. Yalnız "Başakşehir" Avstriya "Volfsberq"inə qalib gəlməyib bacarıb - 1:0.

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı isə Fransada "Sent-Etyen"lə 1:1 hesablı heç-heçə edib. Paşayev bu matçda sonadək meydanda olub.

Avropa Liqası

Qrup mərhələsi, III tur

A qrupu

20:55. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr) - 2:2

23:00. "Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq) - 3:0

Xal durumu: "Sevilya" - 9, "Qarabağ" - 4, "Düdelanj" - 3, APOEL - 1.

B qrupu

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Kopenhagen" (Danimarka) - 1:1

23:00. "Malmö" (İsveç) - "Luqano" (İsveçrə) - 2:1

Xal durumu: "Kopenhagen" - 5, "Dinamo" - 5, "Malmö" - 4, "Luqano" - 1

C qrupu

23:00. "Xetafe" (İspaniya) - "Bazel" (İsveçrə) - 0:1

23:00. "Trabzonspor" (Türkiyə) - "Krasnodar" (Rusiya) - 0:2

Xal durumu: "Bazel" - 7, "Xetafe" - 6, "Krasnodar" - 3, "Trabzonspor" - 1.

D qrupu

23:00. "Sportinq" (Portulqaliya) - "Rusenborq" (Norveç) - 1:0

23:00. PSV (Hollandiya) - LASK (Avstriya) - 0:0

Xal durumu: PSV - 7, "Sportinq" - 6, LASK - 4, "Rusenborq" - 0

E qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Latsio" (İtaliya) - 2:1

23:00. "Renn" (Fransa) - ÇFR (Rumıniya) - 0:1

Xal durumu: "Seltik" - 7, ÇFR - 6, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Vitoriya" (Portuqaliya) - 3:2

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Standard" (Belçika) - 2:1

Xal durumu: Arsenal - 9, "Ayntraxt" - 6, "Standard" - 3, "Vitoriya" - 0

G qrupu

20:55. "Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:1

20:55. "Yanq Boyz" (İsveçrə) - "Feyenoord" (Hollandiya) - 2:0

Xal durumu: "Yanq Boyz" - 6, "Portu" - 4, "Reyncers" - 4, "Feyenoord" - 3.

H qrupu

20:55. MOİK (Moskva, Rusiya) - "Ferentsvaroş" (Macarıstan) - 0:1

20:55. "Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) - 0:1

Xal durumu: "Espanyol" - 7, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 4, MOİK - 0

I qrupu

20:55. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:2

20:55. "Sent-Etyen" (Fransa) - "Aleksandriya" (Ukrayna) - 1:1

Xal durumu: "Gent" - 5, "Volfsburq" - 5. "Sent-Etyen" - 2, "Aleksandriya" - 2.

J qrupu

20:55. "Roma" (İtaliya) - "Borussiya" Mönxenqladbax, Almaniya) - 1:1

20:55. "Başakşehir" (Türkiyə) - "Volfsberq" (Avstriya) - 1:0

Xal durumu: "Roma" - 5, "Başakşehir" - 4, "Volfsberq" - 4, "Borussiya" - 2.

K qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 1:2

20:55. "Slovan" (Bratislava, Slovakiya) - "Vulverhempton" (İngiltərə) - 1:2

Xal durumu: "Braqa" - 7, "Vulverhempton" - 6, "Slovan" - 4, "Beşiktaş" - 0.

L qrupu

20:55. "Partizan" (Serbiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1

20:55. AZ (Hollandiya) - "Astana" (Qazaxıstan) - 6:0

Xal durumu: "Mançester Yunayted" - 7, AZ - 5, "Partizan" - 4, "Astana" - 0.

Son xəbərlər

Orphus sistemi