Avropa Liqası: "Seltik" evdə inamlı qələbə qazanıb

Avropa Liqası: "Seltik" evdə inamlı qələbə qazanıb UEFA Avropa Liqasında pley-off mərhələsinin daha bir oyunu keçirilib.
Futbol
19 Avqust , 2021 00:37
Avropa Liqası: Seltik evdə inamlı qələbə qazanıb

UEFA Avropa Liqasında pley-off mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün yeganə görüşündə "Seltik" Şotlandiyada Niderlandın AZ klubu ilə qarşılaşıb. "Seltik Park" stadionundakı matç Qlazqo təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol birinci hissədə vurulub. 12-ci dəqiqədə Kyoqo Furuhaşi meydan sahiblərini önə çıxarıb. Oyunda son nöqtəni isə 61-ci dəqiqədə Ceyms Forrest qoyub.

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

23:45. "Seltik" (Şotlandiya) - AZ (Niderland) - 2:0

Qollar: Kyoqo Furuhaşi, 12, Ceyms Forrest, 61

Qeyd edək ki, ilk oyun günündə Serbiyanın "Srvena Zvezda" komandası evdə Rumıniya ÇFR-ni darmadağın edib - 4:0. Pley-off mərhələsinin digər 8 görüşü bu gün baş tutacaq.

Son xəbərlər

Orphus sistemi