Avropa Liqası: Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

Avropa Liqası: Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir Bu gün UEFA Avropa Liqasında pley-off oyunlarına yekun vurulacaq.
Futbol
26 Avqust , 2021 08:00
Avropa Liqası: Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında pley-off oyunlarına yekun vurulacaq.

"Report"un məlumatına görə, bununla da qrup mərhələsinə son 10 vəsiqənin sahibi müəyyənləşəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşacaq. Praqadakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. Sözügedən qarşılaşmada ilk qolu məhz Emreli vurub.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Finlandiyada HİK (Helsinki), "Qalatasaray" isə İstanbulda Danimarka "Rander"si ilə münasibətlərinə aydınlıq gətirəcək. "Sarı-lacivərdlilər" ilk görüşdə1:0 hesablı qələbə qazanıb. "Sarı-qırmızılılar" isə səfərdə sülhə razılaşıb - 1:1.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

19:00. "Alaşkert" (Ermənistan) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:1

20:00. HİK (Helsinki, Finlandiya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 0:1

20:30. "Zarya" (Ukrayna) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun - 0:3

22:00. "Qalatasaray" (Türkiyə) - "Randers" (Danimarka)

İlk oyun - 1:1

22:15. AZ (Niderland) - "Seltik" (Şotlandiya)

İlk oyun - 0:2

22:30. ÇFR (Rumıniya) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 0:4

22:45. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 0:3

23:00. "Legiya" (Polşa) - "Slaviya" (Praqa, Çexiya)

İlk oyun - 2:2

23:00. "Antverpen" (Belçika) - "Omoniya" (Kipr)

İlk oyun - 2:4

23:00. "Şturm" (Avstriya) - "Mura" (Sloveniya)

İlk oyun - 3:1

Son xəbərlər

Orphus sistemi