Avropa Liqası: "Qəbələ" və "Keşlə" ilk görüşdə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib

Avropa Liqası: "Qəbələ" və "Keşlə" ilk görüşdə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanın Qəbələ və Keşlə klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. Reportun məlumatına görə, hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.
Futbol
12 İyul , 2018 22:04
Avropa Liqası: Qəbələ və Keşlə ilk görüşdə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" və "Keşlə" klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. "Report"un məlumatına görə, hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.

"Qəbələ" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.

"Keşlə" isə Maltada "Baltsan"la qarşılaşmada darmadağın olub - 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub.

Hazırda Azərbaycanın Avroliqadakı daha bir təmsilçisi "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə görüşü davam edir. İlk yarıdan sonra hesab bərabərdir - 1:1.

Cavab görüşləri iyulun 19-da keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Baltsan" (Malta) – "Keşlə" (Azərbaycan) - 4:1

Qollar: Alfred Effionq, 13. Lekao, 21. Boyan Kalyeviç, 34. Kadu, 55 - Sezar Meza Kolli, 29 (pen.)

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya)

UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq)

Ta Qali. "Sençeneri" stadionu

20:00. "Qəbələ” (Azərbaycan) – "Proqres” (Lüksemburq) - 0:2

Qollar: Mayron de Almeyda, 51, Olivye Till, 61 (penalti ilə)

Hakimlər: Vyaçeslav Banar, Vasili Ermiskin, Dmitri Çobanu, Andrey Kojokaru (hamısı Moldova)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi