Avropa Liqası: "Qarabağ" səsvermədə neçəncidir?

Avropa Liqası: "Qarabağ" səsvermədə neçəncidir? UEFA Avropa Liqasının rəsmi "Twitter" səhifəsində I qrupunda hansı komandaların növbəti mərhələyə yüksələcəyi ilə bağlı sorğu keçirilir.
Futbol
6 Oktyabr , 2020 12:18
Avropa Liqası: Qarabağ səsvermədə neçəncidir?

UEFA Avropa Liqasının rəsmi "Twitter" səhifəsində Avropa Liqasının qrup mərhələsində komandaların imkanlarını öyrənmək üçün sorğu keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın da yer aldığın I qrupu ilə bağlı sorğuda indiyədək 24 491 nəfər iştirak edib. 

Onların 67,4 faizi İspaniya "Vilyarreal"ının, 23,9 faizi isə Türkiyə "Sivasspor"unun şanslarını yüksək qiymətləndirib. Ağdam təmsilçisi 5,3 faiz səslə 3-cü, İsrailin "Makkabi" (Təl-Əviv) komandası 3,5 faiz səslə 4-cü sıradadır. 

Qeyd edək ki, oktyabrın 2-də başlayan sorğu 3 gün sonra başa çatacaq. "Qarabağ" qrup mərhələsindəki ilk oyununu oktyabrın 22-də İsraildə "Makkabi"yə qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi