Avropa Liqası: "Qarabağ"ın üzvü qaydanı ən çox pozan oyunçular siyahısında

Avropa Liqası: "Qarabağ"ın üzvü qaydanı ən çox pozan oyunçular siyahısında Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbol
11 Dekabr , 2020 15:02
Avropa Liqası: Qarabağın üzvü qaydanı ən çox pozan oyunçular siyahısında

Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Filip Ozobiç qrup mərhələsində ən çox qayda pozuntusuna yol verən oyunçuların siyahısında yer alıb.

29 yaşlı xorvatiyalı yarımmüdafiəçi 4 oyunda 16 dəfə qaydanı pozub. Ozobiç bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb.

Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Falçinelli 26 "foul"la ilk sırada qərarlaşıb. Niderland PSV-sindən İbrahim Sanqare ikinci (19), "Srvena Zvezda"nın digər oyunçusu Seku Sonoqo (17) isə üçüncüdür.

Ozobiç cəza səbəbindən IV turun "Sivasspor"la matçını buraxıb. O, ilk 3 turda və 5-ci turda meydana çıxıb. Ağdam klubunda koronavirusa kütləvi yoluxma baş verdiyi üçün VI turda İspaniyada "Vilyarreal"la görüş gerçəkləşməyib.

Qeyd edək ki, "Qarabağ" I qrupunda 5 oyuna 1 xal toplayaraq, sonuncu pillədə qərarlaşıb. Azərbaycan çempionuna "Villarreal"la matça çıxmadığı üçün texniki məğlubiyyət verilə bilər.

Son xəbərlər

Orphus sistemi