Avropa Liqası: "Qarabağ"ın qrup mərhələsindəki rəqibləri məlum olur

Avropa Liqası: "Qarabağ"ın qrup mərhələsindəki rəqibləri məlum olur Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşka atılacaq. Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasim zamanı 48 komanda 12 qrupa bölünəcək.
Futbol
4957
2 Oktyabr , 2020 02:16
Avropa Liqası: Qarabağın qrup mərhələsindəki rəqibləri məlum olur

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasim zamanı 48 komanda 12 qrupa bölünəcək. 

Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" 2-ci səbətdə yer alacaq. Bu isə Ağdam komandasının özündən aşağı reytinqli iki komanda ilə eyni qrupa düşəcəyi anlamına gəlir.  
Səbətlərin tərkibi: 

1-ci səbət: "Arsenal" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Roma" (İtaliya), "Napoli" (İtaliya), "Benfika" (Portuqaliya), "Bayer" (Leverkuzen, Almaniya), "Vilyarreal" (İspaniya), MOİK (Moskva, Rusiya), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), PSV (Eyndhoven, Niderland), "Seltik" (Şotlandiya)

2-ci səbət: "Dinamo" (Zaqreb, Xorvatiya), "Sparta" (Praqa, Çexiya), "Slaviya" (Praqa, Çexiya), "Lüdoqorets" (Bolqarıstan), "Yanq Boyz" (İsveçrə), "Srvena Zvezda" (Serbiya), "Rapid" (Vyana, Avstriya), "Lester" (İngiltərə), PAOK (Yunanıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Standard" (Lyej, Belçika), "Real Sosyedad" (İspaniya)

3-cü səbət: "Qranada" (İspaniya), "Milan" (İtaliya), AZ (Alkmaar, Niderland), "Feyenoord" (Niderland), AEK (Afina, Yunanıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Reyncers" (Şotlandiya), "Molde" (Norveç), "Hoffenhaym" (Almaniya), LASK (Avstriya), "Hapoel" (Beer-Şeva, İsrail), "Zarya" (Luqansk, Ukrayna)

4-cü səbət: ÇFR (Kluj, Rumıniya), "Lill" (Fransa), "Nitsa" (Fransa), "Riyeka" (Xorvatiya), "Dandolk" (İrlandiya), "Slovan" (Liberets, Çexiya), "Antverpen" (Belçika), "Lex" (Poznan, Polşa), "Sivasspor" (Türkiyə), "Volfsberq" (Avstriya), "Omoniya" (Kipr), MOİK (Sofiya, Bolqarıstan)

Qeyd edək ki, qrup mərhələsinin iştirakçılarından 18-i birbaşa, 21-i Avropa Liqasının pley-off mərhələsi vasitəsilə, 6-sı Çempionlar Liqasının pley-off, 3-ü isə III təsnifat mərhələsində Liqa Yolunda uduzanlardan ibarətdir. Oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi