Avropa Liqası: "Qalatasaray" Şotlandiya klubu ilə üz-üzə gələcək

Avropa Liqası: "Qalatasaray" Şotlandiya klubu ilə üz-üzə gələcək Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçiriləcək.
Futbol
5 Avqust , 2021 08:00
Avropa Liqası: Qalatasaray Şotlandiya klubu ilə üz-üzə gələcək

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə "Qalatasaray"ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxacaq. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada “Yablonets”lə üz-üzə gələcək. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sı, "Anortosis" isə Avstriyada "Rapid"lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Kayrat” (Qazaxıstan) - “Alaşkert” (Ermənistan)

19:45. “Yablonets” (Çexiya) - “Seltik” (Şotlandiya)

20:00. “Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya)

20:00. “Omoniya” (Kipr) - “Flora” (Estoniya)

22:00. “Qalatasaray” (Türkiyə) - “Sent Conston” (Şotlandiya)

22:00. “Mura” (Sloveniya) - “Jalgiris” (Vilnüs, Litva)

22:30. “Rapid” (Vyana, Avstriya) - “Anortosis” (Kipr)

Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.

Son xəbərlər

Orphus sistemi