UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları davam edir.
"Report"un məlumatına görə, E, F, G və H qrupunda daha 8 qarşılaşma keçirilib.
Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" İtaliya "Latsio"sunu qəbul edib. Görüş Istanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə qonaqların qolkiperi Tomas Strakoşa öz qapısına vurub.
Moskva "Lokomotiv"i isə Rusiyada Fransa "Marsel"i ilə heç-heçə edib - 1:1.
E qrupu
20:45. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya) - 1:0
20:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Marsel" (Fransa) - 1:1
F qrupu
20:45. "Midtüllan" (Danimarka) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:1
20:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Braqa" (Portuqaliya) - 2:1
G qrupu
20:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:1
20:45. "Betis" (İspaniya) - "Seltik" (Şotlandiya) - 4:3
H qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vest Hem" (İngiltərə) - 0:2
20:45. "Rapid" (Vyana, Avstriya) - "Genk" (Belçika) - 0:1