Avropa Liqası: "Qalatasaray" 10 oyunçu ilə heç-heçə etdi

Avropa Liqası: "Qalatasaray" 10 oyunçu ilə heç-heçə etdi UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.
Futbol
6 Avqust , 2021 00:32
Avropa Liqası: Qalatasaray 10 oyunçu ilə heç-heçə etdi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.

"Report"un məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə "Qalatasaray"ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə qonaq komandadan penalti ilə Ceyson Kerr açıb. 60-cı dəqiqədə isə Saşa Buy bərabərlik qolunu vurub.

56-cı dəqiqədə "sarı-qırmızılar"ın qapıçısı Fernando Muslera meydandan qovulub. Bu səbəbdən, "Cim-Bom" görüşü azlıqda bitirib.

Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada “Yablonets”i məğlubiyyətə uğradıb - 4:2. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sını minimal hesabla yenibsə, "Anortosis" Avstriyada "Rapid"ə böyük hesabla uduzub - 0:3.

Avropa Liqası

5 avqust

III təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Kayrat” (Qazaxıstan) - “Alaşkert” (Ermənistan) - 0:0

19:45. “Yablonets” (Çexiya) - “Seltik” (Şotlandiya) - 2:4

20:00. “Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya) - 1:3

20:00. “Omoniya” (Kipr) - “Flora” (Estoniya) - 1:0

22:00. “Qalatasaray” (Türkiyə) - “Sent Conston” (Şotlandiya) - 1:1

22:00. “Mura” (Sloveniya) - “Jalgiris” (Vilnüs, Litva) - 0:0

22:30. “Rapid” (Avstriya) - “Anortosis” (Kipr) - 3:0

Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.

Son xəbərlər

Orphus sistemi