UEFA Avropa Liqasında pley-off mərhələsi start götürüb.
"Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Serbiyada Rumıniyanın ÇFR klubu ilə qarşılaşan "Srvena Zvezda" rəqibin qapısından 4 cavabsız top keçirib. Qolları 5-ci dəqiqədə Milan Pavkov, 38-ci dəqiqədə Aleksandar Katai, 68-ci dəqiqədə Əl-Fərdu ben Nabuan, və 77-ci dəqiqədə Mirko İvaniç vurublar.
Beləliklə, ilk oyunda böyük hesablı qələbə qazanan "Srvena Zvezda" demək olar ki, cütün taleyini həll edib.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
23:00. "Srvena Zvezda" (Serbiya) - ÇFR (Rumıniya) - 4:0
Qollar: Milan Pavkov, 5, Aleksandar Katai, 38, Əl-Fərdu ben Nabuan, 68, Mirko İvaniç, 77
Qeyd edək ki, bu mərhələnin digər matçları avqustun 18 və 19-da oynanılacaq.