Avropa Liqası matçına ilk dəfə qadın baş hakim təyinat aldı

Avropa Liqası matçına ilk dəfə qadın baş hakim təyinat aldı UEFA Avropa Liqasının oyununu ilk dəfə qadın hakim idarə edəcək.
Futbol
20 Oktyabr , 2020 18:25
Avropa Liqası matçına ilk dəfə qadın baş hakim təyinat aldı
Stefani Frappara

UEFA Avropa Liqasının oyununu ilk dəfə qadın baş hakim idarə edəcək.

"Report" xəbər verir ki, qrup mərhələsində ilk turun "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Stefani Frappara Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.

Qeyd edək ki, Stefani Frappar daha əvvəl 2019-cu ildə İngiltərənin "Liverpul" və "Çelsi" (2:2, penaltilərdə 5:4) komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçda iş başında olub.

Xatırladaq ki, oktyabrın 22-də keçiriləcək "Lester" - "Zarya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi