Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu

Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Futbol
2 Avqust , 2021 15:13
Avropa Liqası: Neftçi Fənərbağçaya potensial rəqib oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.

Pley-off cütlükləri bunlardır:

“Randers” (Danimarka) - “Qalatasaray” (Türkiyə) / “Sent Conston” (Şotlandiya) cütünün qalibi
“Rapid” (Avstriya) / “Anartosis” (Kipr) cütünün qalibi - “Zarya” (Ukrayna)
“Yablonets” (Çexiya) / “Seltik” (Şotlandiya) cütünün qalibi - AZ (Niderland)
"Fənərbağça" (Türkiyə) - “Neftçi” (Azərbaycan) / HİK (Finlandiya) cütünün qalibi
“Mura” (Sloveniya) / “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi - “Şturm” (Avstriya)
“Omoniya” (Kipr) / “Flora” (Estoniya) cütünün qalibi - “Antverpen” (Belçika)
“Olimpiakos” (Yunanıstan) / “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu - “Linkoln” (Cəbəllütariq) / “Slovan” (Slovakiya) cütünün qalibi
“Malmö” (İsveç) / “Reyncers” (Şotlandiya) cütünün məğlubu - “Kayrat” (Qazaxıstan) / “Alaşkert” (Ermənistan) cütünün qalibi
“Ferentsvaroş” (Macarıstan) / “Slaviya” (Çexiya) cütünün məğlubu - “Dinamo” (Zaqreb, Xorvatiya) / “Legiya” (Varşava, Polşa) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) / “Şerif” (Moldova) cütünün məğlubu - ÇFR (Rumıniya) / “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi