Avropa Liqası: "Legiya" Mahir Emrelini qrup oyunları üçün sifariş edib

Avropa Liqası: "Legiya" Mahir Emrelini qrup oyunları üçün sifariş edib Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın "Legiya" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.
Futbol
206
10 Sentyabr , 2021 09:22
Avropa Liqası: Legiya Mahir Emrelini qrup oyunları üçün sifariş edib
Mahir Emreli

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın "Legiya" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report"un məlumatına görə, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, "Legiya" İtaliyanın "Napoli", İngiltərənin "Lester Siti" və Rusiyanın "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi