Avropa Liqası: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu

Avropa Liqası: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu UEFA Avropa Liqasında növbəti finalçı müəyyənləşib.
Futbol
989
18 Avqust , 2020 00:47
Avropa Liqası: İnter darmadağınla finalda Sevilyaya rəqib oldu

UEFA Avropa Liqasında növbəti finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalda Ukrayna "Şaxtyor"unu 5:0 hesabı ilə darmadağın edən İtaliyanın "İnter" klubu həlledici qarşılaşmada İspaniya təmsilçisi "Sevilya"ya rəqib olub.

Görüşdə hesab ilk hissədə açılıb. Argentinalı hücumçu Lautaro Martines 19-cu dəqiqədə Donetsk klubunun qapısına yol tapıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da yaxşı start verən milanlılar əvvəlcə 64-cü dəqiqədə Daniele D Ambrozionun qolu ilə fərqi artırıblar - 2:0. Bununla kifayətlənməyən "İnter" futbolçuları 74-cü dəqiqədə "Şaxtyor"u 3-cü dəfə meydanın mərkəzinə dəvət ediblər. L.Martines dubl edib. Cəmi 4 dəqiqə sonra Cənubi amerikalının ideal ara ötürməsindən sonra Romelu Lukaku dəqiq zərbə ilə topu tora qovuşdurub. 84-cü dəqiqədə belçikalı hücumçu özünün 2-ci, komandasının isə 5-ci qolunu vuraraq matçda son nöqtəni qoyub.

Qeyd edək ki, "Sevilya" və "İnter" arasında final matçı avqustun 21-də Almaniyanın Köln şəhərində olacaq.

Orphus sistemi