Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq

Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Futbol
23 Sentyabr , 2020 07:45
Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. 

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edəcək. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcək. 

Cütün qalibi növbəti raundda "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək. 

23 sentyabr

Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa)

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək. 

Son xəbərlər

Orphus sistemi