Avropa Liqası: Həftənin rəmzi komandası bəlli oldu

Avropa Liqası: Həftənin rəmzi komandası bəlli oldu UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb
Futbol
9 Aprel , 2021 12:07
Avropa Liqası: Həftənin rəmzi komandası bəlli oldu

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Report"un məlumatına görə, "11-liy"ə İspaniya "Vilyarreal"ından 4, İngiltərə "Mançester Yunayted"indən 3, Niderlandın "Ayaks", İtaliyanın "Roma", Çexiyanın "Slaviya" və İngiltərənin "Arsenal" komandalarından hərəyə 1 oyunçu düşüb.

Qapıçı: Pau Lopes ("Roma", İtaliya)

Müdafiəçilər: Tomaş Holeş ("Slaviya" Praqa, Çexiya), Viktor Lindelöf, Eron Uan-Bissaka (hər ikisi "Mançester Yunayted", İngiltərə), Xuan Foyt ("Vilyarreal", İspaniya)

Yarımmüdafiəçilər: Alfonso Pedrasa, Dani Parexo (hər ikisi "Vilyarreal", İspaniya), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Nikolya Pepe ("Arsenal", İngiltərə)

Hücumçular: Duşan Tadiç ("Ayaks", Niderland), Jerar Moreno ("Vilyarreal", İspaniya)

Son xəbərlər

Orphus sistemi