Avropa Liqası: Final oyunundan öncə kütləvi dava düşüb

Avropa Liqası: Final oyunundan öncə kütləvi dava düşüb İspaniyanın Sevilya şəhərində Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş veriib.
Futbol
18 May , 2022 22:36
Avropa Liqası: Final oyunundan öncə kütləvi dava düşüb

İspaniyanın Sevilya şəhərində Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş veriib.

"Report"un məlumatına görə, iki komandanın azarkeşləri küçədə kütləvi şəkildə dava ediblər. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib.

Qeyd edək ki, bu gün "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi