Avropa Liqası: Daha 4 komanda 1/16 finala yüksəldi

Avropa Liqası: Daha 4 komanda 1/16 finala yüksəldi UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.
Futbol
10 Dekabr , 2020 23:50
Avropa Liqası: Daha 4 komanda 1/16 finala yüksəldi

UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.

"Report"un məlumatına görə, VI tur çərçivəsində 23 oyundan 12-si artıq başa çatıb.

Qeydə alınan nəticələrə əsasən, daha 4 komanda 1/16 final mərhələsinə vəsiqə qazanıb.

A qrupunda İsveçrədə Rumıniyanın ÇFR klubunu məğlub edən "Yanq Boyz" adını pley-offa yazdırıb.

B qrupunda Avstriyada "Rapid"la heç-heçə edən Norveç "Molde"si növbəti mərhələyə adlayıb. F qrupunda isə İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" klubları 1/8 finala çıxıblar.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

21:55. MOİK (Sofiya, Bolqarıstan) - “Roma” (İtaliya) - 3:1

21:55. “Yanq Boyz” (İsveçrə) - ÇFR (Rumıniya) - 2:1

Xal durumu: "Roma" - 13, "Yanq Boyz" - 10, ÇFR - 5, MOİK - 5.

B qrupu

21:55. “Dandolk” (İrlandiya) - “Arsenal” (İngiltərə) - 2:4

21:55. “Rapid” (Avstriya) - “Molde” (Norveç) - 2:2

Xal durumu: "Arsenal" - 18, "Molde" - 10, "Rapid" - 7, "Dandolk" - 0.

C qrupu

21:55. “Hapoel” (Beer-Şeva, İsrail) - “Nitsa” (Fransa) - 1:0

21:55. “Bayer” (Almaniya) - “Slaviya” (Çexiya) - 4:0

Xal durumu: "Bayer" - 15, "Slaviya" - 12, "Hapoel" - 6, "Nitsa" - 3

D qrupu

21:55. “Standard” (Belçika) - “Benfika” (Portuqaliya) - 2:2

21:55. “Lex” (Polşa) - “Reyncers” (Şotlandiya) - 0:2

Xal durumu: "Reyncers" - 11, "Benfika" - 11, "Lex" - 3, "Standard" - 3.

E qrupu

21:55. PSV (Niderland) - “Omoniya” (Kipr) - 4:0

21:55. PAOK (Yunanıstan) - “Qranada” (İspaniya) - 0:0

Xal durumu: PSV - 12, "Qranada" - 11, PAOK - 6, "Omoniya" - 4.

F qrupu

21:55. “Napoli” (İtaliya) - “Real Sosyedad” (İspaniya) - 1:1

21:55. “Riyeka” (Xorvatiya) - AZ (Niderland) - 2:1

Xal durumu: "Napoli" - 11, "Real Sosyedad" - 9, AZ - 8, "Riyeka" - 4.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Roma”, "Milan", İngiltərənin “Arsenal”, “Lester”, "Tottenhem", Almaniyanın “Hoffenhaym”, "Bayer", Portuqaliyanın "Braqa", "Benfika", Fransanın "Lill", İspaniyanın "Vilyarreal", "Qranada", Belçikanın "Antverpen", Xorvatiyanın "Dinamo", Serbiyanın "Srvena Zvezda", Çexiyanın "Slaviya", Niderlandın PSV və Şotlandiyanın "Reyncers" komandaları növbəti mərhələyə yüksəliblər.

Son xəbərlər

Orphus sistemi