Avropa Liqası: Daha 2 komanda 1/4 finala yüksəldi

Avropa Liqası: Daha 2 komanda 1/4 finala yüksəldi UEFA Avropa Liqasında 1/8 final mərhələsini adlayan daha 2 komandanın adı məlum olub.
Futbol
653
6 Avqust , 2020 22:56
Avropa Liqası: Daha 2 komanda 1/4 finala yüksəldi

UEFA Avropa Liqasında 1/8 final mərhələsini adlayan daha 2 komandanın adı məlum olub. 

"Report" xəbər verir ki, bunlar İspaniya "Sevilya"sı ilə Almaniya "Bayer"idir. 

"Sevilya" İtaliya "Roma"sı ilə neytral meydanda - Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da keçirdiyi görüşdə 2:0 hesablı qələbə qazanıb.

Hər iki qol ilk yarıda vurulub. Serxio Regilon 22-ci, Yussef En-Nesiri isə 44-cü dəqiqədə fərqlənib. 90+10-cu dəqiqədə "Roma"dan Canluka Mançini qırmızı vərəqə alıb. 

"Bayer" isə Şotlandiyada 3:1 hesabı ilə yendiyi "Reyncers"i Leverkuzendəki "BayArena"da da məğlubiyyətə uğradıb - 1:0. Yeganə qola 51-ci dəqiqədə Mussa Diabi imza atıb. 

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarka "Kopenhagen"i Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb. İngiltərə "Mançester Yunayted"i Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. 1/4 finalda "Mançester Yunayted" "Kopenhagen"lə görüşəcək.

İspaniya "Xetafe"sini yenən (2:0) İtaliya "İnter"i növbəti mərhələdə "Bayer"lə qarşılaşacaq. "Sevilya" "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. 

Ukrayna "Şaxtyor"u Almaniya "Volfsburq"undan hər iki matçda (3:1, 3:0) üstün olub. "Şaxtyor" 1/4 finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.

Orphus sistemi